Tam ayağa qalxa bilsəm, çox planlarım var, çox işlər görmək istəyirəm.
Bu sözləri Teleqraf.com-a bir müddət öncə yıxılaraq vanna otağında belini zədələyən 76 yaşlı xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
“Belim zədələndikdən sonra çox böyük əziyyətlər çəkdim. Ağır müalicələr aldım. Əvvəlki vəziyyətimə baxanda indi müalicələr öz təsirini göstərir. Lakin havalar dəyişəndə ağrılarım baş qaldırır. Çox istirahət edirəm ki, tam sağalım. Gəzməyimdə problem yoxdur, yavaş-yavaş gəzirəm. Tam ayağa qalxa bilsəm, çox planlarım var, çox işlər görmək istəyirəm”.
Flora xanım sevənlərinin onu tək qoymadığını da qeyd edib:
“Dost-tanış əhvalımı soruşur, səhhətim haqqında maraqlanırlar. Sevənlərim məni tək qoymur”.
Efir qadağasına da toxunan Flora Kərimova bunun bəzi TV-lərdə davam etdiyini bildirib:
“Bəzi efirlərdə qadağa davam edir. Buna görə bəzi müğənnilər kimi heç yerə xahiş etmirəm ki, o qadağanı götürsünlər”.