Camaat ancaq ucuz komediyalara qaçır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında aktyor, “Mən klounam” filminin oyunçusu Şəhriyar Əbilov filmin kinoteatrlarda nümayişdən çıxarılmasına aydınlıq gətirərkən deyib. Aktyor film üçün təəssüf hissi keçirdiyini bildirib:
“Əfsuslar olsun ki, “Mən klounam” filmi kinoteatrlardan çıxarıldı. Filmi çox az adam izləyib. Səbəb isə budur ki, camaat gülmək istəyir, dram filmlərinə meyil göstərmir. Görünən odur ki, hamı ucuz komediyalara qaçır”.
Gələcək planlarından danışan Şəhriyar Əbilov yenidən telekanalların birində aparıcılığa başlayacağını bildirib:
“Xəzər TV-də Oksana ilə seriallımız - “Lal yuxu” davam edir. Tamaşaçılardan xoş reaksiyalar alırıq. İndi isə iki veriliş üçün təklif var. Yaxın zamanda məni yenidən aparıcı kimi televiziyada görəcəksiniz”.