5 Mart 2018 14:28
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AYBKitab” layihəsi çərçivəsində xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib.

“Mütərcim” nəşriyyatında çap olunan kitaba ön sözü gənc yazıçı Pərvin yazıb. Anar "Səhra yuxuları" pyesini 1980-ci ildə qələmə alıb. 1981-ci ildə mərhum rejissor Vaqif İbrahimoğlu Akademik Milli Dram Teatrının səhnəsində əsərə quruluş verib.


Müəllif: Teleqraf.com