7 Mart 2018 12:34
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Eyvaz Əlləzoğlu adına ədəbiyyat müsabiqəsi təsis olunub.

Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsindən verilən məlumata görə, Eyvaz Əlləzoğlu adına ədəbiyyat mükafatı hər il ən yaxşı hekayəyə veriləcək.

GYB-nin Azərbaycan bölməsinin təsisçisi və sədri şair Allahverdi Təkləlinin baş redaktor olduğu “Körük” jurnalının ilk sayı yazıçı Eyvaz Əlləzoğlunun “Doğum” hekayəsi ilə açılır və hekayədən dərhal sonra mükafatın təsis olunduğu haqqında məlumat verilir. Qeyd edək ki, “Körük” aylıq (azərbaycan türkcəsində) və "Sxivi-Şəfəq" adlı (azərbaycan və gürcü dillərində) üç aylıq jurnalın ilk sayları artıq nəşrə hazırlanıb yaxın günlərdə işıq üzü görəcək.

Hər ilin sonunda "Körük" jurnalında çap olunan hekayələr münsiflər tərəfindən dəyərləndirilib ilin hekayəsi kimi seçiləcək və qaliblərə pul mükafatı, xüsusi hədiyyələr veriləcək. Hekayələrin qəbulu hər il yanvar ayında başlayıb oktyabr ayına qədər davam edəcək. Dekabrda qalib seçiləcək, mükafatlandırma olacaq.

Yalnız bir hekayə ilin qalibi adını alacaq və Eyvaz Əlləzoğlu mükafatına sahib olacaq.

Hekayələr bu ünvana göndərilməlidir: [email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər