9 Avqust 2014 00:57
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Arnold Şvartsneqer "Terminator" silsiləsindən olan 5-ci filmin çəkiləcəyini elan edib.

67 yaşlı aktyorun İnstagramda-da paylaşdığı şəklində filmin adı qeyd edilib: "Terminator Genisys".

İlk "Terminator" 1984-cü ildə çəkilib və kommersiya baxımından böyük uğur qazanıb. James Cameron-un proqramlaşdırılmış qatil robot haqda həmin filmi SSRİ-də də populyarlıq qazanmışdı.

Terminatorun "I’ll be back" (Mən qayıdacam) sözləri qanadlı ifadəyə çevrilib.

azadliq.org


Müəllif: