Avqustun 14-dən 21-dək Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr olunan olimpiya atıcılıq növləri üzrə ilk beynəlxalq Qran-Pri turniri keçiriləcək.
Turnir çərçivəsində Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının fəxri akademiki və sözügedən beynəlxalq turnirin loqosunun müəllifi Rəşad Mehdiyevin fərdi sərgisi açılacaq. Sərgidə rəssamın 14 əsəri nümayiş olacaq.
Tədbirdə çoxsaylı qonaqların, dövlət nümayəndələrinin və vəzifəli şəxslərin iştirakı gözlənilir.
Xatırladaq ki, rəssamın Sankt-Peterburq, Vyana və Bakıda fərdi sərgiləri təşkil olunub. O, 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb.
Qeyd edək ki, istedadlı rəssam BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib.