“Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət-100” hekayə müsabiqəsinə göndərilən hekayələrin qısa siyahısı məlum olub.
Dərginin təsisçisi “Hədəf” nəşriyyatından Teleqraf.com-a verilən məlumata görə, Təşkilat Komitəsi tərəfindən Münsiflər Heyətinə təqdim olunan seçilmiş hekayələr 10 ballıq meyar ilə qiymətləndirilib və qalibiyyətə iddialı hekayələrin qısa siyahısı çıxarılıb. Qaliblərin adları may ayının ikinci həftəsinə planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq. İlk 3 yerin qalibi mükafatlandırılacaq, qısa siyahının digər imzalarına hədiyyələr veriləcək.
Qısa siyahını oxuculara təqdim edirik (sıralama şərtidir):
Aytən Rafiqxanova – “Pirəmsaq baharı” hekayəsi
Ceylan Mumoğlu – “Quyu” hekayəsi
Rəşad Babalı – “Dar ağacı” hekayəsi
Nizami Hüseynov – “Qəzetçi Seyid” hekayəsi
Lalə Məmməd – “Görünən əraf” hekayəsi
Cavid Qədir – “İtki” hekayəsi
Tural Türksoy – “Al-yaşıl pişnamaz” hekayəsi
Tural Cəfərli – “Rus çəkmələrinin qoxusu” hekayəsi
Ülviyə Tahir – “Sakvoyaj” hekayəsi
Şəfa Vəli – “O evin tarixçəsi” hekayəsi
Pərviz Əlyaroğlu – “Yüzillik həsrət” hekayəsi
Qeyd edək ki, müsabiqəyə göndərilib, amma Təşkilat Komitəsindən keçməyən hekayələr xaric olmaqla digər seçilmiş hekayələr “Ustad”ın xüsusi nömrəsində dərc ediləcək.