12 Avqust 2014 09:47
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Robin Uiliyams Kaliforniyadakı evindən ölü tapılıb.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, 63 yaşlı komediya aktyorunun havasızlıqdan öldüyü bildirilib, lakin onun intihar etməsi də istisna olunmur.

Daha əvvəllər alkoqol və narkotiklə mübarizə aparan Robin keçən ay reablitasiya mərkəzində müalicə olunub.

"Cumanci", "Ölü ozanlar dərnəyi", "Can dostum", "Günaydın Vietnam" kimi filmlərlə şöhrət qazanan aktyor 1998-ci ildə ən yaxşı kişi aktyor kimi Oskar mükafatı qazanıb.

Uğur


Müəllif: