"Mərhum Fuad Poladovla sonuncu dəfə bir ay əvvəl danışmışam".
Teleqraf.com xəbər verir ki, bu barədə xalq artisti Afaq Bəşirqızı mərhum xalq artisiti Fuad Poladovla bağlı vida mərasimində deyib.
Onun sözlərinə görə, Fuad Poladovun ölümü Azərbaycan teatrı üçün ağır itkidir: “Hər bir suala cavab vermək mümkündür, amma Azərbaycan mədəniyyətinin bu qədər itkilər verməsinə heç bir cavab vermək olmur. Başımız sağ olsun”.