12 Avqust 2014 13:47
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, həmin gün sənətkarın yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.

Tədbirdə Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, kino salnaməsində adı fəxrlə yad edilən, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif obrazlarla həmişəlik yaddaşlara həkk olunan Şahmar Ələkbərov haqqında onun dostları və yaxınları xatirələrini bölüşəcək.

Tədbir saat 19.00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Nərmin


Müəllif: