15 May 2018 13:36
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 il əvvəl həyatımda başqa bir məna tapdım. Anladım ki, ömrümün hər günü səhnəyə və tamaşaçılarıma aiddir.

Teleqraf.com xəbər verir ki, bunu 2011-ci il “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov deyib:

“Mənə ən böyük qururu isə insanların sevinc göz yaşları, möhtəşəm əhvalı verdi. Nigar Camalla həmin anlar unudulmazdır. Hansı nailiyyətləri əldə etsəm, hər birini o gecəyə və sizə həsr edirəm.

Çünki o gecə tamam başqa bir Eldar doğuldu və biz Nigarla Avropaya gözümüzü açdıq. Tamaşaçılarıma sonsuz dərəcədə minnətdaram, illər boyu və bu çətin yolda həmişə yanımda olduqları, əvəzolunmaz dəstəyə görə. Məni xoşbəxt edən sizsiniz, sizin sevginizdir”.

Qeyd edək ki, 2011-ci ildə Almaniyada keçirilmiş mahnı müsabiqəsində Nigar Camal-Eldar Qasımov dueti “Running scared” mahnısıyla Azərbaycana qələbə qazandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu