16 May 2018 13:37
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdart artist Şövqi Hüseynov “Qrand Pri” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, mayın 11-dən 16-na kimi Makedoniyada Bitola şəhərində keçirilən "XX Beynəlxalq Monodram" Festivalı keçirilib. Festivalda Azərbaycanı Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdart artist Şövqi Hüseynov təmsil edib. Festivalın bağlanış mərasimində qaliblərin adı açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən “Qrand Pri” mükafatına həmyerlimiz Şövqi Hüseynov layiq görülüb. Mükafatı ona Kole Anselevski təqdim edib.

Sonda Bitola Mədəniyyət Mərkəzinin direktoru Zoran Dimovski hər kəsi növbəti 21-ci festivala dəvət edib.


Müəllif: Xəzər Süleymanlı