21 May 2018 09:15
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktrisası Patrişa Morison 103 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Məlumata görə, o, 103 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Qeyd edilir ki, aktrisa öz evində təbii səbəbdən vəfat edib.

Onun karyerası bir sıra filmlərlə məşhurdur. Morison "Öp məni Ket", həmçinin Roy Uilyamın Şerlok Holms barədə çəkdiyi "Qətlə müqəddimə" filmlərində rol oynayıb.


Müəllif: Teleqraf.com