27 May 14:10

Prezident İlham Əliyev tərəfindən tanınmış musiqiçi, virtüoz balaban ifaçısı Əlixan Səmədova xalq artisti fəxri adı verilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə musiqiçi Feysbuk sosial şəbəkəsində məlumat yayıb.

“Bir az əvvəl aldığım xəbərə görə, prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının xalq artisti adına layiq görüldüm. Çox xoşbəxtəm. Cənab prezidentimizə təşəkkürümü bildirirəm”, - deyə Əlixan Səmədov qeyd edib.


Müəllif: Nərgiz
Загрузка...