27 May 15:56
919

Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bu siyahıda öz adımı görmək məni qürurlandırdı.

Teleqraf.com xəbər verir bunu fəxri ad almış Miri Yusif bildirib.

O qeyud edib ki, 20 il öncə başladığı musiqi fəaliyyətinin son 10 ilini solo fəaliyyətə həsr edib:

“Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam.

İlk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!

Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Respublikasının fəxri adları verilib. Hamının Miri Yusif kimi tanıdığı Mirbabayev Mir Yusif Mir Heydər oğlu da bu sərəncamla əməkdar artist adına layiq görülüb.


Müəllif: Səxavət
Загрузка...