27 May 16:55
917

Otuz illik səhnə fəaliyyətimi dəyərləndirdiyinə görə cənab Prezidentə təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Naibə Allahverdiyeva xalq artisti fəxri adı almasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, yubileyi ərəfəsində ölkə başçısı tərəfindən xalq artisti adına layiq görülməsi dünyanın ən qiymətli hədiyyəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, mədəniyət xadimlərinə fəxri adların verilməsinə dair sərəncam imzalayıb. Sərəncamla fəxri ad alanlar arasında aktrisa Naibə Allahverdiyeva da var. O, xalq artisti fəxri adına layiq görülüb.

Onu da bildrək ki, mayın 28-də N.Allahverdiyevanın 55 yaşı tamam olur.


Müəllif: Nərgiz
Загрузка...