Əsas o idi ki, bura qədər gəlib çıxdım, bundan sonraya məni didərdilər, imkan verməzdilər ki, üçlüyə çıxım.
Teleqraf.com xəbər verir ki, bu sözləri dünən ATV-də yayımlanan “Maşın” realiti-şousunu tərk edən müğənni Rahidə Baxışova özünün İnstaqram səhifəsində yazıb.
O qeyd edib ki, səhhətindəki problemlər ona şounu sonadək davam etməyə imkan verməzdi: “Əsas bu şoudan yaxşı çıxmaq idi”.
Xatırladaq ki, 46,34% faiz "Qalsın", 53,66% "Getsin" səsi toplayan Rahidə verilişin əvvəlində şouda qalarsa, əməkdar artist Abbas Bağırovu "Maşın"dan uzaqlaşdıracağını demişdi. Sonra fikrini dəyişərək hədəf kimi Pərvini göstərmişdi.