Müğənni Təranə Qumralın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə baş tutan prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib.
O bildirib ki, Təranə Qumral sosial şəbəkələrdə Nazənin Salayevanı hədələyib, məhkəmə qətnaməsini icra etməyəcəyi barədə açıqlama verib.
Vəkil Təranə Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses iyunun 25-də davam edəcək.
Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.
Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.
Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.
Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.
Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qətnamə çıxarılıb.
Lakin Təranə Qumral məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.