Amerikalı rejissor Lukas Qottvald (Dr.Luke) məşhur müğənni Keti Perriyə təcavüz edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə fakt rejissorla müğənni Ledi Qaqanın telefon yazışmasında ortaya çıxıb.
Faktın üstünü isə müğənni Keşa açıb. O, 2016-cı ildə Lukasın Qaqaya yazdığı mesajında Keti Perriyə təcavüz etdiyini bildirib.
Keşa 2014-cü ildə rejissorun onda da, öz icazəsi olmadan narktotik maddə verdiyini və zorladığını bildirmişdi. Keşa bununla bağlı məhkəməyə müraciət edib.
Sənətçinin məhkəməyə təqdim etdiyi sənədlərdə Lukas Qottvaldın ona və Keti Perrini zorladığını bildirir.