16 İyun 2018 20:40
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli aktyor Tələt Bulutun “Qadağan edilmiş alma” (“Yesak elma”) serialının çəkilişləri vaxt assistent Özge Şimşekə təcavüz etdiyi iddia olunmuşdu. Aktyor bu ittihamları qəbul etməsə də, məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, artıq serialdan uzaqlaşdırılmış Tələt Bulutun kino kariyerası zərbə altında qalıb.

O, hazırda çəkildiyi digər filmlərdən də uzaqlaşdırılıb.

“Möcüzə 2” (“Mucize 2”) filminin çəkilişlərinə hazırlaşan rejissor Mahsun Kırmızıgül Tələt Buluta rol verəcəkdi. Lakin “Yasak elma” skandalından sonra aktyorun adı heyətdən çıxarılıb. Yeni oyunçu axtarışına görə, filmin çəkilişləri də müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Tələt Bulut “Mucize” filmində Mahir müəllim (Öğretmen Mahir) obrazını canlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər