14 Avqust 2014 18:01
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oxumaq istəmədiyim anlarım çox olub”

Tanınmış xanəndə Alim Qasımov bu gün doğum gününü qeyd edir.

57 yaşını rayonda, ailəsinin yanında təbiətin qoynunda qeyd edən xanəndə təəssüratlarını Teleqraf.com-la paylaşıb:

“İndi rayondayam. Burda doğum günümü ailə üzvlərimin əhatəsində qeyd edirəm. Sabah Bakıda olacam, dostlarımı da yığacam başıma. Bu gün zəng vurub məni təbrik edən dostlarıma demişəm ki, sabah gələrsiniz pendirdən çörəkdən yeyərik. Onların da çoxu mənim xasiyyətimi bilirlər. Hamısına demişəm ki, özünüzü xərcə salmayın. Nəvələrim səhər güclə məni öpüb təbrik ediblər. Sonra da təbriklərin ardı gəlib. Allahdan arzu edirəm ki, bu dünyada yaşamağıma icazə versin. Bir də arzum budur ki, Allah mənə sona qədər heç olmasa özüm üçün zümzümə etməyə eşq, həvəs versin”.

Onun sözlərinə görə, 57 illik ömründə oxumaq istəmədiyi anları çox olub: “O zamanlarımda bəzən özümü oxumağa məcbur etmişəm, görmüşəm ki, alınıb, yavaş-yavaş həvəsim artıb. Bəzən isə nə qədər özümü məcbur etsəm də alınmayıb. O da bir xasiyyət, eşq, haldır”.

Qeyd edək ki, Alim Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər