22 İyun 2018 11:10
2 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan İnstaqram hesabında bir neçə ay öncə qalmaqal yaşadığı həmkarı Aygün Bəylər haqda paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Röya Aygün Bəylərlə qızının şəklini paylaşaraq, bu sözləri yazıb:

“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Anamın, atamın önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancıma haram dedin.

Səni o gün izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə cavab verməsini istədim. Amma o an unutdum ki, sənin qızın var və mən doğularkən yaşadığımın 50 faizini o da yaşayıb.

Günahlarımız onların boynuna yazılar deyirlər, bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.


Müəllif: Cabbar

Oxşar xəbərlər