23 İyun 2018 18:15
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyor Burak Özcivitin 6 avtomobildən ibarət flotu qonşularını qəzəbləndirib. Qonşu maşınlara park etmək üçün yer qoymayan aktyor avtomobillərindən ikisini satmaq qərarını verib.

Teleqraf.com xəbər verir ki, indiyədək şikayətləri qulaqardına vuran Özcivit məhkəmə ilə hədələndikdə münaqişəyə son qoymaq qərarına gəlib.

O, həyat yoldaşı, məşhur aktrisa Fahriyə Evcenə məxsus BMW X1 və özünün Range Rover-ni satışa çıxarılıb.

İki avtomobilin ümumi qiyməti 3 milyon lirədir.


Müəllif: Mənsur Rəğbətoğlu