29 İyun 2018 13:14
3 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib.

1989-2006-cı illərdə Azərbaycan Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra edin. N.İsmayılzadə 2018-ci il iyunun 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun kiçik müşaviridir. N.İsmayılzadə Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. “Yaddan çıxmaz Qarabağ”, “Deyilən söz yadigardır”, “Bakıda teatr görüşləri” layihələrinin rəhbəridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər