6 İyul 2018 14:06
4 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslan modelliklə bağlı daha böyük layihələr həyata keçirmək niyyətindədir.

Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, artıq modelliklə ciddi şəkildə məşğul olacaq.

“Bu günə qədər model kimi bir çox işlər görmüşəm. Hətta 23 ölkənin qatıldığı “Kainat gözəli – 2017” müsabiqəsində 1-ci olmuşam. Bu sadəcə, işlərin başlanğıcıdır. Türkiyədə modelliklə bağlı elə bir həyata keçirəcəyəm ki, hər kəs bu işdən danışacaq. Həm müğənni, həm də modeləm. Bu, bir çoxlarını narahat edir. Müğənnilik, modellik mənim hobbimdir. Modelliklə bağlı edəcəyim yeni layihə hər kəsi şoka salacaq. Onu da deyim ki, tanınmış bir firmanın əsas siması seçilmişəm. Bütün bunlardan yaxın zamanlarda xəbərdar olacaqsız”, - deyə Afaq Aslan qeyd edib.

İfaçı bildirib ki, yeni yay fotosessiyası da etdirib:

“Bir çoxları deyəcək ki, Afaq yenə saçıq-saçıq şəkillər çəkdirdi, soyundu. Barəmdə tənqidi şərhlər yazanlar elə bilirlər ki, onların fikri mənim vecimədir. Özünüzü yormayın. Sizin fikriniz mənim üçünönəmsizdir. Gözəl bədən quruluşum var, ona görə də çoxu mənə paxıllıq edir”.


Müəllif: Mənsur Rəğbətoğlu