7 İyul 2018 23:29
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin məşhur “La Casa De Papel” serialında rol alacağı barədə iddiaları meneceri tərəfindən təsdiqlənib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisanın meneceri Selin Kök yayılan xəbərlərin bəzilərinin həqiqətə uyğun olduğunu deyib.

Onun sözlərinə görə, serialda iştirakla bağlı müzakirələr davam edir: “İlk müzakirələrin nəticəsi müsbətdir. Nəsrin xanımın keçən il İspaniyanın “El Desentierro” filmindəki obrazı ilə diqqəti özünə cəlb etməsi “La Casa De Papel” serialı ilə bağlı müraciət olunmasına təsir edən faktorlardandır. Daha bir dəfə də görüşüb müzakirə aparılacaq. Nəsrin Cavadzadənin 4-5 əcnəbi dil bilməsi onu digər həmkarlarından fərqləndirir”, - deyə Selin Kök vurğulayıb.

Qeyd edək ki, ilk bölümü ilə dünyada böyük ajiotaj yaradan serialın artıq 3-cü mövsümünün hazırlıqları gedir. Yeni mövsümdə filmin heyətinə türkiyəli aktrisanın qatılacağı ilə bağlı xəbərlər gəzir. “İstanbul” adlı yeni obrazı Nəsrin Cavadzadənin canlandıracağı bildirilir. Onun 3-4 bölümdə çəkiləcəyi nəzərdə tutulub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər