16 Avqust 2014 14:49
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən uzunömürlü fenomen serial “Kurtlar vadisi”ndə maraqlı hadisə baş verib.


ANS PRESS-in məlumatına görə, bir ailə 13 il əvvəl oğurlanan yük maşınını “Kurtlar vadisi”ndə görüb. Belə ki, Fikri Yılmaz adlı vətəndaş illər öncə oğurlanmış maşınını serialda atışma səhnələrindən birində görüb və nə edəcəyini bilməyərək, çaşıb qalıb.



Avtomobil oğurlandıqdan 7 gün sonra polislər tərəfindən tapılan maşın 13 il avtoparkda qalıb. “Kurtlar vadisi” serialının yaradıcı heyəti isə atışma səhnələrindən birində maşından istifadə edib.


Fikri Yılmaz avtomobilini avtoparkdan götürməyə gedəndə isə ona 47 min lirə (təxminən 17 min manat) borcunun olduğunu deyiblər.


Müəllif:

Oxşar xəbərlər