Türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Xəbərə əsasən, çoxlu yuxu dərmanı içən ifaçının anası daha əvvəl qızlarına məktub yazıb: “Mənimlə heç maraqlanmırsınız. Narahat olduğumu söyləyirəm, məni həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən və davalarınızdan bezmişəm”.
Analarından xəbər tuta bilməyən qızlar onun yaşadığı binanın mühafizə xidmətinə müraciət ediblər. Polislərlə bağlı qapını açaraq Gülnihal Açıkgözü xəstəxanaya çatdırıblar.
Qadının bir həftə müalicə aldığı bildirilib.