30 İyul 2018 01:00
3 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu günündə Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, səhnəyə çıxan müğənni yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən çox şad olduğunu bildirib və populyar mahnılarını səsləndirib. Onun ifaları, Ani Lorakla dueti, iştirakçıların Valeri Meladzenin repertuarından mahnıları səsləndirməsi festivalın sevgi, musiqi dolu hərarətini daha da artırıb.

Qeyd edək ki, festivalın sonuncu gününün konsertində Aygün Kazımova, Vaxtanq Kikabidze, Aleksandr Marşal, MBAND, Albina Canabayeva, Anjelika Aqurbaş, Vera Brejneva, Soso Pavliaşvili, Timur Rodrigez, Diana Arbenina, İrina Dubtsova, Lyubov Uspenskaya, Lolita və digər məşhur müğənnilər ifaları ilə tamaşaçılara xoş anlar yaşadıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər