31 İyul 2018 09:01
5 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk gözəl Sənəm Quyucuoğlu qarsonluq edir.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, ötən gün jurnalistlər təsadüfən 2009-cu ildə 2 dəfə türk gözəli seçilən Sənəmi kafedə ofisiantlıq edərkən görüblər.

Türk gözəli Nişandaşı deyilən məkandakı obyektlərdən birində çalışır.

Qeyd edək ki, model və maniken Sənəm Quyucuoğlu 2014-cü ildə ABŞ-da keçirilən narkotik partisində iştirak edib. Onun bu şənlikdəki fotosunun mediaya sızması nəticəsində model ağır günlər yaşamalı olub.

Uzun müddətdir ki, gözdən kənarda həyatını sürdürən 28 yaşlı model biznesə girişmək istəyir:

“Alın təri ilə qazanılan pulun nə qədər ağır başa gəldiyini, zəhmətlə dolu olduğunu burada öyrəndim. Haradan haraya gəldiyimi heç vaxt düşünmədim. Nə iş olsa görürəm. Narahat deyiləm, çörək pulumu qazanıram. Yaxın gələcəkdə özümə mağazada açmağı planlayıram. İş öyrənmək üçün buradayam. Qarsonluqdan təmizliyə qədər hər şeyi öyrəndim. Fikrimcə, qarsonluq çox zövqlü bir peşədir. Bu günə qədər niyə modellik etdiyimi bilmirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər