2 Sentyabr 2018 10:31
2 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaradıcı adamlar ailə qurmamalıdır”, fikri ilə haradasa praktik olaraq razılaşmaq olar. Çünki sən evdə başqa, mətndə başqa adamlarla yaşayırsan.

Teleqraf.com xəbər verir ki, bunu şair Aqşin Yenisey deyib.

Onun sözlərinə görə, oxucu üçün mətndəki adam cansız ola bilər, amma yazan üçün o canlıdır:

“Çünki sən onu yazırsan, onu yaradırsan, onu hiss edirsən. İnanın ki, mətndəki adam da yazanı hiss edir, yoxsa yazılan əsər olmaz. Bəzən olur ki, sən günlərlə mətndəki adamlarla birgə həyəcanlanırsan, əsəbiləşirsən, kədərlənirsən və bu, sənin həyatına da yansıyır.

Bəzən evdəki adamlar nə olduğunu soruşurlar. İndi cavab ver ki, iki ildir romanda dostluq etdiyim, həmsöhbət olduğum dustaq bu gün səhər kamerada ölüb. Cavab versən, ələ salınmaq təhlükəsi var, cavab verməsən, günorta yeməyində kasadakı küftə nədənsə öz-özünə balacalaşacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər