Uzun zamandır müxtəlif şeirlər səsləndirən Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova bu dəfə İmadəddin Nəsiminin yaradıcılığına müraciət edib.
Teleqraf.com-un məlumatına görə, İmadəddin Nəsiminin “Hardasan” qəzəlini oxuyan aktrisa şeir parçasını sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.
Əməkdar artist indiyədək çox şeir oxuduğunu, hətta 2013-cü ildə şeirlərdən ibarət albomunun çıxdığını söyləyib.