8 Sentyabr 2018 09:12
4 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Amerika repçisi Mak Millerin meyiti Los-Ancelesdəki evində tapılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 26 yaşlı repçinin yüksək dozalı narkotikdən öldüyü bildirilir.

Mak Miller 1992-ci il yanvarın 19-da ABŞ-ın Pittsburq şəhərində yəhudi və irland mənşəli ailədə doğulub. 15 yaşından səhnədə olub.

O, həm də bəstəkar və pradüser kimi də tanınıb. İndiyə kimi 5 albomu işıq üzü görüb. Sonuncu musiqi albomu bu ilin avqustunda çıxıb.

2010-cu ildə Yutub kanalında yerləşdirdiyi "Knosk Knosk" klipi 23 milyon izləyici toplaya bilib.


Müəllif: Mahir