28 Aprel 2014 15:04
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Suğra Bağırzadənin baş rolu oynadığı serialın çəkilişləri dayanıb.

Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib. Onun sözlərinə görə, serialın rejissoru Nadir Muqbilov idi:

“Serial narkomaniyadan bəhs edirdi. Simuzər adlı baş rol qəhrəmanını canlandırırdım. Faciəli həyat yaşayan bir qadın idi. Gözəl xanım idi, amma günlərin bir günü kiminsə ona gözü düşür və həyat yoldaşını öldürürlər. Qadın yoldaşının intiqamını alır, 15 il həbs yatır. O həbsxanadan çıxandan sonra da başına müxtəlif hadisələr gəlir. Maraqlı rol idi, birinci seriyanın çəkilişləri yekunlaşmışdı, amma sonra sponsorlarla problemlər yaşandı və hər şey dayandı. İndiki zəmanədə hər şey sponsorlardan asılıdır”.

Hazırda yeni serialda çəkilən aktrisa orada ana obrazı yaratdığını bildirib:“Serialın hər seriyası fərqli hadisələr üzərində qurulub. Mən çəkildiyim seriyasının adı “İtirilmiş uşaqlıq”dır. Hələ ki, çəkilişlər gedir, amma nə vaxt efirə çıxacağını bilmirəm”

Nərmin


Müəllif:

Oxşar xəbərlər