Yumor həqiqətən ciddi işdir. Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağılın məhsuludur. İnsanlar təbiət etibarilə yumora meyllidirlər.
Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə yazıb.
Ekspert əlavə edib:
“Məşhur yumoristlərdən birinin fikridir, deyirdi ki, yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında yazırdı ki, “Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun mühazirələrində insanlar ayrı-ayrı gülməzdilər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.
Məni qınayanlar da olar, arada Çina, Fərda, Rafael və Coşquna baxanda gülmüşəm. Onlara yox, onlara baxdığıma görə özümə gülmüşəm”.