24 Oktyabr 2018 23:16
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Emin Ağalarov rusiyalı müğənni Maksim Fadeevlə birgə "Mənim Azərbaycanım" adlı duetini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Emin Ağalarov "İnstagram" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, mahnı ana, vətən, ev və s. haqqındadır: “Bu mahnı doğmalardan bəhs edir. Musiqi ən həqiqi və səmimi duyğuları ehtiva edir. Maksimin ərsəyə gətirdiyi hər iş bir şah əsəridir və mən ona belə bir gözəl hədiyyə üçün minnətdaram”.

Qeyd edək ki, musiqinin sözləri Maksim Fadeev və Olqa Seryabkina məxsusdur. Bəstəkarı isə Maksim Fadeevdir. Emin Ağalarovun "Səmadan qorxmurduq" ("Неба не боялись") adlanan yeni albomunda yer alan "Mənim Azərbaycanım" dueti Rusiyada və MDB-də bütün rəqəmsal platformalarda artıq mövcuddur.


Müəllif: Teleqraf.com