25 Avqust 2014 09:14
900

İngilis aktyoru və rejissor Lord Riçard Atenburq 90 yaşında qocalar evində vəfat edib.

Axar.az xəbər verir ki, Atenburqun öldüyünü təsdiqləyən oğlu ölümün səbəbi haqqında heç bir məlumat verməyib.


1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi.


İngiltərənin Baş naziri Devid Kamerun məşhur aktyorun ölümü ilə bağlı Tvitterdəki hesabında belə yazıb:

““Briqton rok” fikmindəki aktyorluğu möhtəşəmdi, “Qandi” filmindəki rejissorluğu də əla idi. Riçard Atenburq kinonun böyük adlarından idi”.

2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı.


Müəllif: