25 Avqust 2014 15:56
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova sosial şəbəkədə intihardan yazıb.

Teleqraf.com xəbər verir ki, xanəndə yazıda intihar xəbərlərinin əvəzinə nəsihətverici kələmların paylaşılmasının tərəfdarı olduğunu qeyd edib:

“Sosial şəbəkələrdə paylaşılan bəzi xoşagəlməz, ürək yaxan hadisələrin paylaşılması şəxsən məni çox acıdır. Bilirsiniz, əslində son zamanlar sürətlə texnikanın dəyişməsi insanları insanlıqdan çox uzaqlaşdırıb. İnsanlara fikir verirəm, hər kəs sanki işarə gözləyir ki, nəsə bir hadisəni tez bir zamanda paylaşsın. Yanlış bir yoldayıq. Bilin ki, böyüməkdə olan gənclərimizin mənəvi dünyasını tarımar edirik, onların ruhunu zədələyirik. Biri qalxır körpüyə özünü öldürməyə, digərləri də onun arxasınca. Biri intihar edir, o biri də çıxış yolunu yalnız bunda görür. Biri ərini öldürür, biri arvadını öldürür, biri ata-anasını və s. bu kimi xoşagəlməz nə varsa burada hər kəs paylaşır. Sanki çox möhtəşəm bir iş olub.

Mənim əzizlərim, nə olar gəlin dünyanı bu günə kimi öz çiynində daşıyan, örnək olan insanlardan gözəl kəlamlar paylaşaq. Dünya yazarlarının, şairlərinin, alimlərinin örnək olacaq həyat tərzlərini açıqlayaq həs kəs bir tərbiyə hər kəs bir nümunə götürsün. Gəlin, görək mütəfəkkirlərin, bəşəri düşüncəli mükəmməl insanların həyat yolu nə qədər çətinliklərdən keçib. Onlar həyatla mübarizə aparıblar istədiklərinə nail olublar. Əslində gerçək həyat budur gərək mübarizə aparasan. Bir elm insanı, bir gerçək sənətçi, bir alim, bir millət vəkili, bir iş adamı, bir idmançı uğurlarını bir gündəmi qazanıb? Nələri itirib nələri qazanmaq üçün…Ruhdan düşüb özünə qapanıb intiharmı edib bu böyük insanlar, əsla yox. Daha çox yazıblar, daha çox oxuyublar, işləyiblər, daha çox məşq ediblər, daha çox əmək sərf ediblər zirvəyə qalxmaq üçün. O zirvəyə ki, onlar hər yerdən baxsan görünəcəklər və onları görməmək mümkün deyil. Gəlin onlardan paylaşaq həyatımız işıqlansın, körpələrimiz ruhlansın, gənclərimiz həyatı daha çox sevsinlər və haradan necə başlamaq lazımdır onu öyrənsinlər. İnsanlığı öyrənsinlər. Hər çətinlikdə intihara getməyin yolunu əsla bilməsinlər. Bu kimi xoşagəlməz görüntülər insanlığın bitdiyini, həyatın sonuna gəlməyimizin tam ortasındayıq mesajını bizlərə göstərir. Bizlər bu dünyaya özbaşımıza gəlmədik. Bizi bu dünyaya göndərən yaxşı əməllərlə bu dünyanı gülüstana çevirməmiz üçün göndərdi. Mükəmməl insan formalaşdırmaq üçün düşünən beyin, ağıl da verdi. Gəlin, hər birimiz bacardığımız qədər mükəmməl insan formalaşdıraq ki, bu dünyamız cəhənnəmə dönməsin. Allahım, sən bizi bundan betərlərindən qoru. Amin”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər