25 Noyabr 2018 22:16
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə keçirilən "Uşaq Avroviziya-2018"in qalibi bəlli oldu.

Teleqraf.com xəbər verir ki, "Uşaq Avroviziya-2018"in qalibi Polşa olub.

Qeyd edək ki, Minsk Arenada" keçirilən final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edib.

Belarus bu mahnı müsabiqəsinə artıq ikinci dəfə ev sahibliyi edir. İlk dəfə "Avroviziya" Belarusda 2010-cu ildə keçib.


Müəllif: Teleqraf.com