19 Dekabr 2018 15:19
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Mətləb Ağanın şeirini tədim edir.

Şeir ilk dəfə dərc olunur.

***

Dekabr da qurtarır,
nə soyuq var, nə şaxta...
sobanı qalayarsan
uzağı, bəd ayaqda...

Şkafından tap, çıxar,
geyin ən qalın donu...
ya da otur divanda,
yaz ki, “ əllərim donur...”

Hərdən düşün özünçün
ağ-qara səhnələri;
köhnə bir filmdəki
qarı, buzu, nələri...

Lap dur apar özünü
çox üşüyürmüş kimi...
nə bahar-filan oldu,
nə qış keçdi qış kimi...

Bir də baxıb görürsən,
ömrün illəri yoxdu...
bütün xatirələrin
əslində yeri yoxdu...

...Sonra öldüyün axşam
uzanıb çarpayında,
deyərsən:
“nə soyuqdu
hava yanvar ayında?..”


Müəllif: Teleqraf.com