İstanbulda II Azərbaycan Türkiyə Qardaşlıq Ödüllərinin mükafatlandırma gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, iki qardaş ölkənin ən yaxşılarını seçmək məqsədi daşıyan gecədə siyasətçilər, iş adamları və sənətçilər mükafat alıb.
Tədbirə qatılanlar arasında türkiyəli məşhurlar Ebru Yaşar, Hakan Peker, Koray Avcı, azərbaycanlı məşhurlar Roza Zərgərli, Ayaz Qasımov, Yaşar Yusub, Kənan M.M, Afaq Gəncəli, Lalə Azərtaş, İlqar Əliyev və başqaları yer alıb.
“BHS Group”un rəhbəri Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimin təşkil etdiyi gecənin aparıcılığını Merve Akıncı və Şəhriyar Əbilov edib.
Atakan Taşur bildirib ki, ötən ilki qədər bu il də mükafatlandırma gecəsi maraqla qarşılanıb.
Aysel Nazim isə növbəti illərdə digər türk xaqlarının da layihəyə dəvət edəcəklərini açıqlayıb.
Muhterem Nur, Hakan Peker, Askin Tuna, Turgay Kıran və Ömür Gedik, Brilliant Dadaşova “Həyatboyu Onur Mükafatı”na layiq görülüb.
Qeyd edək ki, tədbirdə türkiyəli məşhurlarla yanaşı azərbaycanlı məşhurlar da mükafatlandırılıb.