Şahan Gökbakar "Rəcəb İvedik 4" filmindən alacağı 25 milyon türk lirəsini verməyən maliyyəçi Murad Akdiləkə qəzəblənib .
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki , buna səbəb "Galatasaray" və "Fənərbaxça" arasında oynanılan oyun vaxtı Gökbaharın məhkəməlik olduğu Akdiləyin Telles haqqında yazdığı twit olub. Məşhur aktyor sərt mesajla dilə gəlib: "Sən necə üzsüz adamsan . 25 milyonumu oğurlamısan, hələ oyun haqqında fikir bildirisən. Utanmaz! oğurladığın 25 milyonun hesabını ver. Ailənə yedizdirdiyin haramın hesabını ver. Utanmaz!"
Fidan Səfərli