5 Yanvar 2019 09:01
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xalq artisti İvan Bortnik 79 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Qoqol adına Moskva Dram Teatrında fəaliyyətə başlayan aktyorun əsas karyerası Taqanka Teatrı ilə bağlı olub.

Taqanka Teatrında o, məşhur aktyor, şair-ifaçı Vladimir Vısotski ilə tanışlaşıb. Vıstotski ona "Dostuma məktib" adlı mahnı həsr edib.

İvan Bortnik bir neçə məşhur ekran əsərinə, o cümlədən "Görüş yerini dəyişmək olmaz" filminə çəkilib.


Müəllif: Teleqraf.com