8 Yanvar 2019 00:45
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı yazıçı, “Pravoslav ensiklopediyası”nın müəlliflərindən biri Nikolay Lisovoy 73 yaşında vəfat edib.

Teleqraf.com "Kult.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Yazıçılar İttifaqının yaydığı məlumatda deyilib.

“Milad gecəsi yazıçı və filosof Nikolay Nikolayeviç Lisovoy 73 yaşında dünyadan köçdü. Şair, filosof və kilsə tarixçisi, xeyli sayda televiziya filmlərinin müəllifi, İmperator Pravoslav Fələstin Cəmiyyətinin sədr müavini, Rusiya Yazıçılar İttifaqının üzvü, “Pravoslav ensiklopediyası”nın müəlliflərindən biri...”, - deyə bildirilib.

Məlumatda Lisovoyun Qüdsdən hazırladığı reportajlarla da xatırlandığı deyilib.

Həmçinin yazar ötən əsrin 90-cı illərində Rusiyanın RTR telekanalında “Pravoslav kalendarı” verilişinin aparıcısı idi.


Müəllif: Teleqraf.com