Türkiyənin ən uzunömürlü fenomen serial “Kurtlar vadisi”ndə daha bir ayrılıq baş verib.
Serilda Polat Alemdarın atası Ömər baba rolunu canlandıran aktyor Emin Olcay senariyə əsasən filmdən ayrılacaq.
Belə ki, Ömər baba müqəddəs torpaqları ziyarəti əsnasında dünyasını dəyişəcək.
Serialdan ayrılan aktyorların yerinə artıq yeniləri qatılıb. Daha əvvəl "6 Mantı", "Kanıt", "Muhteşem Yüzyıl" kimi seriallarda iştirak edən Səlahəddin Töz serialın heyətinə qoşulub. Oyunçu serialda İŞİD liderini canlandıracaq.
Qeyd edək ki, bundan əvvəl “Kurtlar vadisi”nin 3 aktyoru filmdən ayrılıb. Vadidə Zazanı canlandıran Ali Sürmeli, Abdulhey obrazını canlandıran Kenan Çoban və Karanı canlandıran Hakan Boyav "Ağ Karanfil" serialında rol alacaqlar.
/anspress/