29 Avqust 2014 12:29
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın avroliqanın qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanda böyük coşquya səbəb olub.


Hər kəs qələbə münasibətilə “Qarabağ”a təbrik ünvanlayır. Çılğın futbol azarkeşi kimi tanınan Bəhram Bağırzadə “”Qarabağ”ın qələbəsinə biganə qalmayıb.

Teleqraf.com-a açıqlama verən Bəhram bəy oyundan sonra Qurban Qurbanova zəng etdiyini bildirdi:


“Əvvəlcə ona mesaj yazdım. Yazdım ki, təbrik edirəm, Allah sizi qorusun. Azərbaycana sevinc bəxş etdiniz. Sonra dözmədim, Hollandiyaya zəng etdim. Ürək sözlərimi Qurban bəyə dedim.


“Neftçi”nin də oyununu stadiondan izlədim. Təəssüf ki, “Neftçi”də komanda oyunu görmədim. Amma “Qarabağ” əsl Avropa futbolu nümayiş etdirdi. Qurban Qurbanov liderdir. O, gözəl komanda formalaşdırıb. Ona dəstək olmalıyıq ki, bu uğurun davamı gəlsin”.


Müəllif: