9 Fevral 2019 11:50
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli qəhrəman, mərhum jurnalist Alı Mustafayevin oğlu Turalın toyu olub.

Teleqraf.com-un məlumatına görə, toydan görüntülər sosial şəbəkədə paylaşılıb. Şəhər restoranlarından birində keçirilən məclisdə əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli də qonaq olublar.

Qeyd edək ki, A.Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında ermənilər tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olub.


Müəllif: Teleqraf.com