23 Fevral 2019 13:02
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşağıma heç kim artıq-əskik söz deyə bilməz, onu qorumaq üçün hər varianta əl ataram. Mən bir ana olaraq cavanar kimi caynaqlarımı çıxardıb oğlumu müdafiə edərəm. Uşağıma heç kim söz deyə bilməz”.

Teleqraf.com xəbər verir ki, bu sözləri mərhum reper Hüseyn Dəryanın ikinci həyat yoldaşı Sona Muradova “Bizimləsən” verilişinin dünənki barıxılışında deyib.

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə “Bizimləsən” proqramına çıxaraq, Cahangir Dəryanın onun doğma qardaşı olduğundan əmin olmaq üçün DNT analizi olmasını tələb edib. Verilişin dünənki buraxılışında Hüseyn Dəryanın ikinci həyat toldaşı Sona Muradova efirə qoşularaq bütün söhbətlərə cavab verib. O bildirib ki, Ayşənin ondan bu testi tələb etməyə heç bir haqqı yoxdur. Efirə bağlanaraq nikah və Cahangirin doğum şəhadətnaməsini təqdim edən S.Muradova bildirib ki, Ayşə efirə anası tərəfindən öyrədilərək çıxardılıb:

“Cahangir anadan olduğu gündən Hüseyn onu oğlu, məni isə həyat yoldaşı kimi təqdim edib. Orada əyləşən xanımı Hüseyn rəhmətə gedəndə görmüşəm. O, hansı haqla məndən analizi tələb edir? 15 ildir eyni nömrəni işlədirəm, əgər belə bir şübhəsi var idisə, əlaqə saxlaya bilərdi. Məhkəməyə vermək istəyir versin. Ayşənin nə mənim, nə də Cahangirin üstündə heç bir mənəvi haqqı yoxdur ki, analiz istəsin. Hesabatını verəcəyim adam torpağın altdındadır. Həqiqətən Hüseyn Dəryanın qızıdırsa, birinci özü DNT etdirsin. O, uşaqdır və oraya öyrədilərək çıxarılıb. Ayşə onun qeyri-qanuni münasibətdən dünyaya gəlib. Artıq vəkilimlə danışmışam, o, mənə açıqlama verməyə icazə vermir. Ayşə efirə çıxıb mənə bohtan ataraq namusuma, şəxsiyyətimə mənəvi ziyan vurub. Ayşə Cahangirin uğurlarına sevinmir, verilişə çıxaraq demək istəyir ki, mən də varam. Buz söz-sösbətdən sonda ümumiyyətlə verilişə gəlmərəm. Cahangir hələ uşaqdır, bütün bunlar onun üçün əsəbdir. Oğlum bu hadisədən sonra Ayşəni bacısı kimi qəbul etmir. Əgər onu bacısı qəbul etsə belə, ana kimi südümü ona halal etmərəm. Ayşə verilişdə nə qədər istəyirsə, otursun, özü bilər. Sadəcə o, qəbul etmir ki, hər kəs Cahangirin arxasında dayanıb ona dayaq olur. Hüseyn Dərya haqqında çəkilən verilişlərə Cahangiri dəvət etdir. Ayşə isə bunu həzm edə bilmir. Bundan sonra da Hüseyn Dərya haqqında hər hansı veriliş çəkilsə, ora hər zaman mən dəvət ediləcəyəm".

Ayşə isə iddia edib ki, atası anası evli olarkən Sona ilə tanış olub. O zaman isə Hüseyn məcbur qalaraq Sona ilə evlənib.

“Atam sağ olanda qardaşımla tanış olmaq istəyirdim. O, isə deyirdi ki, Cahangir sənin mənəvi qardaşındır. Onda bunu başa düşmürdüm. İndi tələb edirəm ki, Cahangirin qardaşım olduğu təsdiq olunsun. İnanıram ki, o, qardaşımdır. Onun böyük bacısı olmaq, ona dəstək olmaq istəyirəm. Əgər siz analiz verməyə razı olmasanız, onda məcburam ki, məhməkə yolu ilə buna nail olum. Buna yaşım icazə verir və haqqım çatır”.

Ayşənin anası, Hüseyn Dəryanın birinci arvadı da yayıma qoşularaq ayrılmağına səbəb kimi Sonanı göstərib:

“Ailəmizi Sona dağıtdı. Biz evli olanda Sona 17 yaşlı məktəbli qız idi. Həmin yaşda evli biri ilə görüşmək nə deməkdir? Xəyanətə dözməyib Hüseyndən ayrıldım. Heç bir qadın bunu qəbul etməz. Mənim rəsmi nikahım və kəbinim olub. El-adəti ilə gəlin getmişəm”.


Müəllif: Teleqraf.com