Türk rejissorun erməni haqqında çəkdiyi film necə qarşılanacaq? Rejissor Fateh Akın filmin taleyindən narahat olduğunu bildirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur türk rejissor Fateh Akının son filmi “The Cut” 16 oktyabrda Avropada vizyona girəcək. "New York Times" qəzetinə verdiyi müsahibədə Akın: “Türkiyənin bu film üçün hazır olduğunu düşünmürəm. Filmin ssenarisini iki rejissor dostuma oxutdum. Biri insanların bizi daşa basacağını, digəri isə güllər atacağını söylədi”-deyə bildirib.
Fidan Səfərli