3 Sentyabr 2014 11:25
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaxt var idi ki, 10 mahnım “zəngimcell” xidməti vasitəsilə telefonlarda səslənirdi. Amma soruşanda deyirdilər ki, onlar bizə pul köçürmürlər ki, biz də sizə köçürək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bəstəkar Gövhər Həsənzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda bir bəstəkarın hüquqlarını qoruması çox çətindir:“Bizdə bəzi müğənnilərə mahnı verəndə soruşur ki, bunun aranjimanını kim edib, klipini kim çəkəcək? Ona görə belələrindən “mənim adımı mütləq çəkməlisən” deməsini tələb etmək nə qədər gülməli səslənir. Əcnəbi ölkələrdə mahnılarının oxunduğunu deyən bəstəkar onlardan müəllif hüquqlarının qorunmasını tələb edəcəyini açıqlayıb: “İndi əsasən xarici ölkələrdə pozulan hüquqlarımın bərpasına çalışıram. Müəllif Hüquqları Agentliyinə müraciət etmişəm. Onlar deyirlər ki, bu, həll olunacaq məsələdir. Müəllif Hüquqlarımız görüm mənim hüquqlarımı xaricdə necə qoruyacaq? Onu edəndən sonra artıq mən burda da öz hüquqlarımı tələb etməyə başlayacam: restoranda, radioda, televiziyada, “zəngimcell”də”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər